Mən Azərbaycan Dövlət Neft Akademiyasının Doktorantı Bəxtiyar Rəhimov Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi IV qrant müsabiqəsində vətənpərvərlik mövzusunda “Vətənini Sev” adlı layihəsi ilə qalib olmuşam. Təqdim etdiyim layihəyə Gənclər Fondu tərəfindən 1600 manat məbləğində vəsait ayrılmışdır.
Azərbaycan Gənclər Fondu ilə tanışlığım Cənab Prezident İlham Əliyevin Azərbaycan Gəncliyinə verdiyi ən böyük və çox önəmli hədiyyə olan Azərbaycan Gənclər Fondunun 19 dekabr 2011-ci il fərmanı ilə yaradıldığı gündən başlayıb.
Azərbaycan Gənclər Fondunun yarandığı gündən həyata keçirdiyi layihələri diqqətilə izlədiyimdən bir Azərbaycan gənci olaraq məndə illərdi vətənpərvərlik mövzusunda həyata keçirmək arzusunda olduğum layihəmi IV qrant elan olunan zaman təqdim etdim.
“Vətənini Sev” layihəsinin həyata keçirilməsində əsas məqsəd, Azərbaycan həqiqətlərini, ermənistan silahlı birləşmələri tərərfindən işğal olunmuş torpaqlarımızı, Xocalı soyqırımını, Qanlı 20 Yanvarı unutmamaq, Milli Qəhrəmanlarımızı tanıtmaq, qəlblərimizdə daimi yaşatmaq və gələcək nəsillərə çatdırmaq idi.
Layihənin icrası müddətində ölkədə gənclərin vətənpərvərlik ruhunda tərbiyyəsi istiqamətində aparılan maarifləndirmə işlərinə dəstək olmaqla Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün Azərbaycanın regionlarında və Bakı şəhərində gəncləri Azərbaycan həqiqətləri ilə bir daha məlumatlandırıldı.
Azərbaycan Gənclər Fondunun IV qrant müsabiqəsinin qalibi kimi deyə bilərəmki, Azərbaycan çox az saylı dövlətlərdən biridir ki, dövlət siyasətində gənclərə böyük əhəmiyyət verir və daim gəncləri diqqət mərkəzində saxlayır. Məhz bunun bariz nümunəsi kimi Gənclər Fondunun dəstəyilə illərdi vətənpərvərlik mövzusunda həyata keçirmək arzusunda olduğum layihəmi həyata keçirilməsində mühüm rol oynadı.
Gənclərə göstərdiyi diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə şəxsən öz adımdan təşəkkürümü bildirirəm.