Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Bakı Fond Birjasının və Yeniliyə Doğru Gənclər Fondunun birgə təşkilatçılığı ilə
“İNKİŞAF Bİ(R)LİKDƏDİR!” devizi altında kapital bazarları sahəsində birja ticarəti üzrə simulyasiya yarışı keçirilir.
Bu yarışda siz, 4 nəfərdən ibarət komanda şəklində iştirak edərək virtual bazarda rəqabət aparmağı və düzgün qərarların verilməsini öyrənəcəksiniz. Virtual bazarda siz, dəyişən şərtlərə, hadisələrə, qiymətlərə çevik reaksiya verərək idarə etdiyiniz kapitalın artmasını təmin etməlisiniz. Ən yüksək nəticə göstərərək siz, nəinki qalib olacaqsınız, habelə real maliyyə bazarında real ticarətin aparılması qaydalarını öyrənəcəksiniz!
Yarışda iştirak etmək istəyənlər 23 noyabr 2017-ci il tarixədək öz CV-lərini və yarışda iştirak hədəflərini əhatə edən niyyət məktublarını [email protected] elektron poçt ünvanına göndərə bilər.