Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi XI qrant müsabiqəsi çərçivəsində C kateqoriyası üzrə qalib olmuş “Region gənclərinin sahibkarlıq məktəbi” adlı layihə Gəncə şəhərində həyata keçirilməyə başlamışdır.
Layihənin məqsədi qərb regionundan olan gənclərin sahibkarlıq sahəsində bilik və təcrübələrini artırmaq, onları sahibkarlıq, biznes və StartUp haqqında maarifləndirməkdən ibarətdir.
“Region gənclərinin sahibkarlıq məktəbi”adlı layihə Azərbaycanın qərb regionundan olan gənclərin sahibkarlıq, biznes istiqamətində bilik və təcrübələrinin inkişaf etdirilməsindən bəhs edir. Layihə iştirakçılarına Azərbaycan Texnologiya Universitetində layihə çərçivəsində “Biznes plan yazılması”, “StartUp nədir və necə inkişaf etdirilə bilər?”, “Kiçik və orta sahibkarlıq fəaliyyətlərinə başlamaq üçün nələr lazımdır?”, “Büdcənin idarə edilməsi”, “Bazarda düzgün qərarqəbuletmə və marketinq planı” və s. digər müvafiq mövzularda təlimlər keçirilmişdir.
Təlimlərin ilk günündə layihə rəhbəri Fidan İbrahimli açılış nitqində layihə haqqında iştirakçılara məlumat vermiş və onlara uğurlar arzu etmişdir.
layihənin sonunda təlim kursunu uğurla bitirən iştirakçılar sertifikatla təltif ediləcəklər.