[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/11/IMG_1424.jpg” ]
Noyabrın 4-də Azərbaycan Gənclər Fondu tərəfindən dəstəklənən “Ədəbiyyat Şəbəkəsi” layihəsi Gəncədə təqdim olunub. Mərkəzi Kitabxanada keçirilən görüşdə naşir Şahbaz Xuduoğlu, layihənin rəhbəri Nigar Köçərli, Nizami Gəncəvini ingilis dilinə tərcümə edən Ragnhild Thori və Bakıda fəaliyət göstərən BookClubın 9 fəal üzvü iştirak edib.
Görüşdə Gəncənin müxtəlif gənclər təşkilatlarının nümayəndələri və şəhərin təhsil ocaqlarının fəal tələbələri, eləcə də yerli yazar və kitabsevərlər iştirak etmişlər. Tədbirdə gənclərin kitaba marağı, kitab klublarının yaradılmasının önəmliliyi və yazıçıların dəstəyə ehtiyacı müzakirə olunmuşdur. Daha sonra gənclərə pulsuz kitablar paylanmışdır.
Görüşdən sonra iştirakçılar Gəncənin mərkəzi küçələrində və Xan Bağında kitab oxuyaraq flashmob təşkil ediblər.
Gəncənin Kəpəz Televiziyası tədbiri ətraflı işıqlandırmışdır.
“Ədəbiyyat Şəbəkəsi” layihəsi Azərbaycan Gənclər Fondu tərəfindən dəstəklənən layihədir. Layihənin əsas məqsədləri:
1. Bölgələrdə yaşayan gənclərinin kitaba həvəsini artırmaq;
2. Kitabı, ədəbiyyatı ictimailəşdirmək və aktuallaşdırmaq;
3. Bölgələrdə yaşayan gənc kitabsevərlər arasında şəbəkələşmə yaratmaqdır.
Bunun üçün layihə çərçivəsində 6 ay ərzində Azərbaycanın 11 bölgəsində kitab müzakirələri təşkil olunacaq, kitabsevərlərə pulsuz kitablar paylanacaq, yazıçıların imza günləri, flashmoblar keçiriləcək.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”4036″ id=”4036″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]