Dekabr ayının 20-də Bakı şəhəri Səbail rayonu Respublika Seysmoloji Xidmət Mərkəzinin binasında “Ekoloji anomal dəyişmələrdə zəlzələlərin, palçıq vulkanlarının, sürüşmələrin təsirinin nəzərə alınması və əhalinin maarifləndirilmə-si” adlı layihə keçirilmişdir. Layihə Azərbaycan Respublikasının Prezidenti ya-nında Gənclər Fondunun maliyyə dəstəyi ilə Məmmədova Ləman Şakir qızı tərəfindən həyata keçirilmişdir.
Layihənin məqsədi Azərbaycanın təbii fəlakətlərin aktiv ərazilərində, Bakı şəhərində yaşayan əhalini, əsasən də gəncləri ekoloji təhlükənin fəsadları və ondan qorunmaq yolları haqqında maarifləndirmək, gəncləri təbii elm sahəsinə uyğun ixtisas almağa həvəsləndirməkdir. Hər bir insan təhlükəli təbiət hadisəsinin baş vermə səbəblərini bilərsə, həyəcanı azalar və düşünülmüş şəkildə özünü qoruyar. Ekoloji anomal dəyişmələrdə zəlzələlərin, palçıq vulkanlarının, sürüşmələrin təsirini öyrənməzdən öncə əhalinin ekoloji biliklərini formalaşdırması və ekoloji problematikanın insan fəaliyyətinin, təbii proseslərin geniş spektrinə təsirinin yüksək dərəcəsinin mühümlüyünü, bununla yanaşı geoloji mühiti nəzərə almaq vacibdir. Geoloji mühit də özlüyündə üzvi aləmin sağlamlığına və vəziyyətinə təsir edən anomal geofiziki (maqnit, qravitasiya, elektromaqnit, geotermik və b.) və geokimyəvi sahələr və anomaliya-lar yaradır.