Azərbaycanda ilk dəfə qeyri-adi, bununla bərabər çox kreativ bir yarış keçirilir – Velo-Polo. Bu layihənin keçirilməsində məqsəd gəncləri kreativ və qeyri-adi tərzdə qədim Azərbaycanda yaranmış olan Çovqan-Polo oyunu ilə bağlı məlumatlandırmaq, bu oyun üzrə yarışma təşkil etməkdən ibarətdir. Burada yarışmaya müasirlik qatan – yarışda atların əvəzinə velosipedlərin istifadəsidir. Yəni iştirakçılar at əvəzinə velosipedlərlə təchiz olunmuş, olimpiya sistemi üzrə yarışmada iştirak edir və bütün iştirakçılar bol əylənməklə bərabər Polo oyunu ilə yaxından tanış olaraq bu oyunu bilavasitə oynamaq imkanı əldə etdilər.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun VII qrant müsabiqəsi çərçivəsində maliyyələşdirdiyi “Universitetlərarası Müasir Polo Yarışı” layihəsi çərçivəsində Bakı şəhərində universitet tələbələri arasında müasir üslubda polo (çovqan) yarışı keçirildi. Yarış velosiped üzərində və əlində dəyənək ilə topu qarşı rəqibin qapısına atmaqdan ibarətdir.
8 komanda arasında keçirilmiş oyunların nəticəsində bir komanda qalib seçildi, yarış olimpiya sistemi üzrə keçirilən yarış ADNSU tələbələrinin qələbəsi ilə yekunlaşdı.
Xatırladaq ki, turnirdə iştirak etmək üçün qeydiyyatdan 1 komanda olaraq (eyni universitetin 4 tələbəsi 1 komanda təşkil edir) keçməlidirlər. İlk qeydiyyatdan keçən komandalar layihədə iştirak haqqı qazanmışlar.
Yarışma 17 yanvar 2016-cı saat 12:00-da baş tutdu. Layihə rəhbəri Orxan Hacılı hər bir iştirakçıya uğurlar arzuladı və onlara da Gənclər Fondunun dəstəyi ilə keçirilən qrant müsabiqələrində iştirak etməyə səslədi. Layihədə tamaşaçı və ya iştirakçı olaraq iştirak edən hər bir kəs məmnun qaldı.