Mən Məmmədova Tamella Taleh qızı 1988-ci ildə Füzuli rayonunda anadan olmuşam. 3 saylı Qayıdış tam orta məktəbi bitirdikdən sonra Azərbaycan Müəllimlər İnsitituna qəbul olmuşam. Həm məktəb həm də tələbəlik illərində gənclərlə bağlı çoxlu sayda təlim və tədbirlərin könüllü iştirakçısı olmuşam. Bütün bu fəallığıma baxmayaraq özümdə formalaşdırdığım bəzi ideya və təkliflərim var idi ki, onları həyata keçirməkdə böyük çətinliklər çəkirdim.
Sosial şəbəkələrdən Gənclər Fondu haqqında eşitdikdən sonra fikirləşdimki ideyamı məhz burada reallaşdıra bilərəm. Fondun elan etdiyi 5-ci qrant müsabiqəsinə “Məcburi köçgün gənclərinin məşğulluğuna dəstək”adli layihemi gönderdim.Layihem fond terefinden dəsteklendi və 2000 manat dəyərində maliyyə vəsaiti ayrildı.Layihenin ideyasi gənclər arasında məşgulluq problemlərinin qismendə olsa azaldılmasına töhvə verməkdən ibarət idi.Layihəden iş axtarmaqda çətinlik çəkən,CV hazırlaya bilmeyen yüzlərlə gənc faydalandı.
Gənclər Fondu mənim həyatımda çox böyük dəyişikliklər etdi.İlk vaxtlar adi bir məktəb müəlliməsi idimsə qrant müsabiqəsinin qalibi olduqdan sonra yerli sakinlər,rayon ictimaiəti məni daha yaxından tanıdı.Bunun nəticəsində də mən 23 dekabrda keçirilən Bələdiyyə seçkilərində uğur qazandım və Füzuli rayon Qayıdış Bələdiyyə sədri seçildim.Bütün bu uğurlarıma görə ilk öncə biz gənclərə həmişə dəstək olan cənab Prezident İlham Əliyevə və gənclərin stimul mənbəyi olan Gənclər Fonduna böyük təşəkkürümü bildirirəm.