[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/10/575698_636621466369990_1044079891_n.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Ağcabədi sakini Radə Qafarovanın rəhbərlik etdiyi “İnklüziv təhsil sahəsində maarifləndirmə işinin təşkili” adlı fərdi layihəyə start verilib. Layihənin məqsədi Azərbaycanda, xüsusilə də bölgələrdə xüsusi qayğıya ehtiyacı olan uşaqlara tətbiq olunan tədris praktikasını dəyişmək, bütün uşaqların təhsildə xüsusi ehtiyacları olan fərdlər olduqlarını göstərmək, o cümlədən inklüziv təhsil sahəsində lazımlı kadrların hazırlanmasına dəstək verməkdir.
Layihə çərçivəsində Ağcabədi rayonunun orta ümumtəhsil məktəblərində “İnklüziv təhsil” sahəsində maarifləndirici görüşlər keçiriləcək, bu sahədə mütəxəssislərin hazırlanması məqsədilə seçilmiş 20 nəfər gənc müəllimə təlimlər keçiləcək, inklüziv təhsilə cəlb edilmiş uşaqlarla görüşlər və layihənin yekununda “Mənim də təhsil haqqım var” adlı flaşmob təşkil ediləcəkdir.