[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/10/IMG_9699.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi və “Könüllülük Fəaliyyətinin Təbliği” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Gələcəyə Yol Göstər” layihəsi çərçivəsində “Karyeranın planlaşdırılması”, “Karyera seçimi üçün məşhur analizlər”, “CV-nin hazırlanması” və.s. başlıqlı mövzularda təlim keçirilmişdir.
Təlimdə HR təlimçi Tehran Abdürrəhimov çıxış edərək “uğurlu karyeranın sirləri”, “karyeraya başlamaq üçün məşhur analizlər”, “CV necə hazırlanmalı?”, “müsahibə zamanı nələr qadağandır?” kimi mövzuları gənclərə izah edərək onlara müsahibə zamanı bu kriteriyaları bilməyin əhəmiyyəti haqqında geniş məlumat vermişdir.
Tədbirin sonunda gəncləri maraqlandıran suallar cavablandırılmış və təlim iştirakçılarına tədbir ilə bağlı müxtəlif bukletlər və hədiyyələr paylanılmışdır.