[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/10/cb38481fdc.jpg” ]
“Resurs” Gənclərin İnkişafı İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Vətənin müdafiəsinə hazır ol” layihəsinin icrasına başlamışdır. Layihənin əsas məqsədi ordu sıralarına çağırılacaq yeniyetmə və gənclərlə görüşlər təşkil edərək onlarda vətənpərvərlik hisslərinin inkişaf etdirilməsi üçün “Vətənin müdafiəsinə hazır ol!” şüarı ilə kütləvi tədbirlərin keçirilməsidir.
Layihə çərçivəsində aşağıdakı fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur:
– Vətənpərvərlik mövzusunda keçirilən tədbirlər vasitəsilə gənclərin Vətənə məhəbbət hisslərinin artırılması;
– İşğal altında olan Vətən torpaqlarının azad edilməsi üçün gənclərin psixoloji cəhətdən hazırlanması;
– Milli Qəhrəmanların tanıdılması, onların gənclərlə birbaşa təmaslarının təşkil edilməsi;
– Layihənin KİV vasitəsilə təbliğ edilməsi, əhalinin məlumatlandırılması.
Layihənin Bakı şəhəri, Nizami rayonunda fəaliyyət göstərən orta məktəblərdə keçirilməsi nəzərdə tutulur. Tədbirlərdə bir neçə ildən sonra ordu sıralarına çağırılacaq gənclərin və yeniyetmələrin, gənclər təşkilatlarının nümayəndələrinin, dövlət orqanlarının məsul əməkdaşlarının, müəllim və valideynlərin, KİV-lərin iştirakı təmin ediləcəkdir.
Layihə üzrə təsdiq edilmiş icra planına uyğun olaraq hazırlıq işlərinə başlanılmış, o cümlədən, layihə heyəti komplektləşdirilmiş, əmək müqavilələri bağlanmış, fərdi və aylıq iş planları təsdiq olunmuşdur. Maarifləndirici materialların hazırlanması və çap edilməsi üzərində işlər tamamlanmaq üzrədir. Gənclərlə ictimai müzakirələrin, görüşlərin keçiriləcəyi ümumtəhsil məktəblərinin müəyyənləşdirilməsi üçün dövlət orqanları ilə danışıqlar aparılmış, təlim materialları, tədbirlərin gündəliyi və digər sənədlər təsdiqlənmişdir.
Layihənin həyata keçirilməsi ilə bağlı ictimaiyyətə müntəzəm olaraq məlumat veriləcəkdir.