[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/06/azgfcolor.jpg” ]Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu (bundan sonra “Fond” adlanacaq) 14-29 yaş həddində olan fiziki şəxsləri “C” kateqoriyası üzrə müsabiqədə iştirak etmək üçün layihə təkliflərini təqdim etməyə dəvət edir.
Müsabiqənin məqsədi gənc nəslin sosial, fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ictimai fəallığının artırılmasına, innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılmasına kömək etməkdir.
Müsabiqənin prioritet mövzuları aşağıdakılardır:
Qayda və tələblər:
Müsabiqədə kimlər iştirak edə bilməz?
Layihələri 2013-cü ildə Fond tərəfindən maliyyələşdirilmiş gənclər təşkilatlarının rəhbərləri, həmin layihələrin işçi heyəti, habelə “C” kateqoriyası üzrə qrant almış fiziki şəxslər müsabiqədə iştirak edə bilməzlər.
Layihə təklifləri hansı sahələri əhatə etməlidir?
Layihə təklifləri yalnız bu elanda göstərilmiş mövzulardan birinə uyğun gəldiyi halda nəzərdən keçiriləcəkdir.
Siyasi, dini və ya xeyriyyə fəaliyyəti, xaricdə təhsil, humanitar yardım və gəlirin artırılmasını nəzərdə tutan layihə təklifləri maliyyələşdirilməyəcəkdir.
Layihə təklifi necə tərtib olunmalıdır?
Layihələr bu müsabiqədə göstərilmiş mövzulara və tələblərə uyğun hazırlanmalıdır. Layihə təklifləri reallığı əks etdirməli, icrası gənclər tərəfindən mümkün olmalıdır.
Layihə təklifinin maliyyələşdirilməsi üçün Fonddan tələb edilən məbləğ 4000 (dörd min) AZN-dən çox olmamalıdır.
Layihə təklifləri nəzərdən keçirilərkən real büdcə xərcləri təqdim edən şəxslərə üstünlük veriləcəkdir.
Müsabiqənin müddəti:
Layihə təklifləri 2013-cü il oktyabr ayının 4-dən noyabr ayının 18-dək təqdim edilə bilər.
Layihələrlə bağlı yekun qərar Fondun Müşahidə Şurası tərəfindən 2013-cü il dekabr ayının ikinci ongünlüyündə qəbul ediləcəkdir.
Müsabiqənin nəticələri Fondun rəsmi internet səhifəsində yerləşdiriləcəkdir.
Məlumatlandırma sessiyaları:
Fond əvvəlcədən xəbərdarlıq etməklə, Bakı şəhəri və regionlarda yerləşən ali və orta ixtisas təhsili müəssisələrində, habelə gənclər mərkəzlərində müsabiqəyə həsr olunmuş məlumatlandırma sessiyaları təşkil edəcəkdir.
Həmin sessiyalarda bütün suallar Fondun əməkdaşları tərəfindən cavablandırılacaqdır.
Layihə təkliflərinin qəbulu üçün son tarix:
18 noyabr 2013-cü il, saat 18:00
Layihə təklifləri “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun qrant müsabiqələrində iştirak etmək üçün gənclər təşkilatlarının və fiziki şəxslərin qeydiyyata alınmasına dair Təlimat”a və “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun qrant müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun təqdim olunmalıdır.