[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/10/siqaret.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Oğuz rayonunda “Sağlam həyat tərzinin təbliği” adlı layihənin icrasına başlanmışdır. Layihə 1 oktyabr 2013-cü il tarixindən etibarən həyata keçirilir və 2 ay müddətində davam edəcəkdir.
Layihə çərçivəsində 10 nəfər könüllü gənc “İnkişafa Doğru” Sosial Araşdırmalar İctimai Birliyi ilə əməkdaşlıq şəklində Gənclər üçün Resurs və Təlim Mərkəzində təlimlər sayəsində maarifləndirildikdən sonra rayonun 6 ən böyük kəndlərində gənclərlə görüşlər keçirərək əldə etdikləri bilikləri onlarla paylaşacaqlar. Layihə çərçivəsində təşkilatçılar tərəfindən 10 nəfər könüllü üçün xüsusi köynəklər hazırlanacaq ki, (üzərində “zərərli vərdişlərə yox deyək” şüarı yazılan) bu da kəndlərdə keçiriləcək görüşlərə gəncləri cəlb etmək üçün daha effektiv olacaq.
Layihə nəticəsində birbaşa olaraq 500 nəfər, paylama materialı olan bukletlər vasitəsi ilə 600 nəfər, dolayı yolla isə daha 500 nəfər layihə haqqında məlumatlanacaqdır. Ümumilikdə 1500 nəfərdən artıq gəncin sağlam həyat tərzi və zərərli vərdişlərdən çəkinməyin üsulları haqqında maariflənəcəklərini qeyd etmək olar.