[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/09/aaaaaaaa.jpg” ]
23 sentyabr 2013-ci il tarixində “Dostluq Gənclərin Əlaqələndirmə Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunın dəstəyi ilə həyata keçirilən “Azərbaycan Gəncliyi 2020” layihəsinin icrasına başlanmasına dair məsləhətləşmələrə başlamışdır.
Tədbirdə qeyd edilmişdir ki, müasir dünyanın yeni çağırışları Azərbaycan Respublikasında sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin daha fəal iştirakını təmin etmək istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir. Məhz buna görə də cəmiyyətin maraqlarının təmin edilməsi və ölkə iqtisadiyyatının rəqabətə davamlılıq qabiliyyətinin artırılması üçün gəncliyin innovativ potensialından geniş istifadə olunmasına əlverişli zəmin yaradılmaqdadır. Bütün bunlarla yanaşı qeyd edilmişdir ki, həyata keçirilən islahatların effektiv idarə edilməsi, innovativ metodların tətbiqi sosioloji sorğular vasitəsi ilə müəyyən edilir və onun nəticəsində analitik təhlil aparılır. Bu metod müasir idarətmənin prinsiplərindəndir və dövrün tələbi olaraq qalır. Məhz bunun üçün də gənclərin əsas inkişaf məsələlərinə dair qlobal və yerli baxışın formalaşdırılmasına dair tövsiyələr vermək, o cümlədən prioritetlər, ortaya çıxa biləcək çətinlikləri müəyyənləşdirmək, uğurları və gözləntiləri müəyyən etmək, gənclərin bu barədə rəy və düşüncələrini öyrənmək və bunun əsasında səmərəliliyi ən yüksək səviyyəyə qaldırmaq layihənin məqsədlərindəndir. Tədbir qarşılıqlı fikir mübadiləsi və yekun fəaliyyət planının təsdiqi ilə davam etmişdir.