[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/09/1-3-1-1.jpg” ]
Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Gənclər Fondunun maliyə dəstəyi ilə “Vətən bizim and yerimiz” adlı layihəsi çərcivəsində Nərimanov rayonu “ŞÜA” idman sağlamlıq kompleksində, “Vətən bizim and yerimiz” şüarı altında dəyirmi masa keçirib.
Tədbiri giriş sözü ilə açan Layihə üzrə təşkilat komitəsinin üzvü N.Quliyev icra olunan layihənin mahiyyətindən söhbət açıb. Layihənin rəhbəri M.Əliyev çıxış edərək layihə çərçivəsində həyata keçiriləcək fəaliyyətlərdən danışıb.
Tədbirdə, həmçinin, Azərbaycan Milli Karate Federasiyasının vitse-prezidenti, GVB-nin fəxri üzvü Zülfüqar Kazımov, 283 saylı tam orta məktəbin müəlliməsi Ş.Quliyeva, polis təqaüdçüsü, Qarabağ müharibəsi veteranı S.Əliyev, ekspert-hüquqşünas T.Pirverdiyev, VKC üzrə Azərbaycan Milli Karate Federasiyasının təmsilçisi A.Əkbərov və Nərimanov rayon ictimaiyyətinin nümayəndəsi İ.Əliyev, E.Cabbarov və başqaları çıxış edərək bu yönümlü layihələrin keçirilməsinin vacibliyini qeyd etmişlər.
Tədbirin sonunda Nərimanov rayon ictimaiyyətin bir qrup üzvlərinə, idmançılara, tədbir iştirakçılarına və qonaqlara rəngli bukletlər, Ümümmilli Lider Heydər Əliyevin şəkli əks olunmuş döş nişanı paylanılıb.