[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/09/timib.jpg” ]
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) 27 sentyabr 2013-cü il tarixində saat: 14:00- da Trend-İnformasiya agentliyinin mətbuat mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və Dünya Azərbaycanlı Gənclər Birliyinin təşkilati dəstəyi ilə “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” adlı layihəsinə başlanılması ilə bağlı mətbuat konfransı keçirəcəkdir.
Layihədə Gənclərin vətənpərvərlik və azərbaycançılıq ideologiyası ilə bağlı lazımı səviyyədə maarifləndirilməsi üçün Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Tovuz şəhərlərində təlimlərin keçirilməsi, geniş həcmli konsertlərinin təşkili, eyni zamanda adı çəkilən regionlarda və Azərbaycandan kənarda yaşayan Azərbaycanlı (yaş həddi 14-29) yeniyetmə və gənclər arasında Vətənə hörmət hissinin və milli şüura sahib olmanın incəliklərinin aşılanması məqsədilə vətənpərvərliklə bağlı şer, mahnı, rəsm əsərləri müsabiqələri və gənc jurnalistlər arasında yazı müsabiqəsinin təşkili nəzərdə tutulmuşdur. Layihə başa çatdığı zaman müsabiqələrdə qalib gələnlərə mükafatlar və diplomlar təqdim ediləcəkdir.