[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/09/IMG_8443.jpg” ]
Bu gün “Excelsior” mehmanxanasının “Afurja” zalında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “NUR” Uşaq və Gənclər İctimai Birliyi tərəfindən təşkil olunan “Bakı Beynəlxalq Gənclər Sağlamlıq Forumu” başlayıb.
Forumda Portuqaliya, İrlandiya, Bosniya və Hersoqovina, Litva, Rumıniya və Gürcüstandan olan gənclər iştirak edirlər.
Forumun rəsmi hissəsində “NUR” Uşaq və Gənclər İctimai Birliyinin sədri Sevinc Muradova, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin sektor müdiri Nərmin Bağırova, UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin əməkdaşı Natiq Umarov, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin əməkdaşı Cəvahir Süleymanova və digər qonaqlar çıxış etmişlər.
Daha sonra Forum çərçivəsində gənclərin sağlamlığı mövzusunda keçirilmiş esse müsabiqəsinin qalibləri mükafatlandırılmışlar.
Forumun həyata keçirilməsində başlıca məqsəd ictimai fəal gənclər üçün gənclərin sağlamlığı və sağlam həyat tərzinin təbliği istiqamətində ən yaxşı təcrübələrin öyrənilməsi, bu prosesdə hazırki vəziyyətin təhlili, gənclərin maarifləndirilməsi vasitəsilə ictimai səhiyyə siyasətinin inkişafının dəstəklənməsi, yeni təşəbbüslərin formalaşdırılması və gələcək əməkdaşlıqların yaradılmasına vasitəçi olmaqdan ibarətdir.
Layihə iştirakçılarının müzakirələr və qrup işi vasitəsilə müxtəlif mühit və icmalarda uğurlu fəaliyyət üsullarını öyrənməsi problemə hərtərəfli yanaşmanı və gələcəkdə qarşılaşa biləcəkləri oxşar halların öhdəsindən gəlmələrini təmin edəcək.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”9712″ id=”9712″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]