[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/09/q.png” ]
“Gəncliyə Dəstək” İB Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Zərdab rayonunda “İdman tütünə qarşı” adlı layihənin icrasına başlayıb. Layihənin məqsədi bütövlükdə cəmiyyətin sağlamlığını qorumaq naminə gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması və gənclər arasında sağlam həyat tərzinin təbliğindən ibarətdir. Layihə çərçivəsində əhali arasında geniş məlumatlandırma və maarifləndirmə işi aparılması üçün tədris, tərbiyə, səhiyyə, mədəniyyət obyektləri yaxınlığında, həmçinin uşaq və yeniyetmələr üçün malların satıldığı yerlərdə siqaret satışı qadağan olmasını xatırladan lövhələr, banerlər yerləşdiriləcək və əhali arasında bukletlər paylanılacaqdır.
Bundan əlavə, layihədə cəmiyyətdə nümunə-rol modeli ilə yanaşı idman modeli əsas götürülərək məktəblilər arasında “İdman tütünə qarşı” devizi altında yarışlar təşkil olunacaqdır ki, həmin tədbirdə onlara tütünün fəsadları, zərərləri barədə məlumatlar veriləcək, onlara bukletlər paylanacaq, idmanın onların sağlamlığı üçün əhəmiyyətindən danışılacaqdır. Eyni zamanda, məktəblərə də maarifləndirmə məqsədilə baner və plakatlar yerləşdiriləcək və geniş profilli PR fəaliyyəti həyata keçiriləcəkdir.