[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/09/Youth-Health-Forum.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “NUR” Uşaq və Gənclər İctimai Birliyi tərəfindən 24-28 sentyabr 2013-cü il tarixində “Bakı Beynəlxalq Gənclər Sağlamlıq Forumu” keçiriləcək. Layihənin həyata keçirilməsində başlıca məqsəd ictimai fəal gənclər üçün gənclərin sağlamlığı və sağlam həyat tərzinin təbliği istiqamətində ən yaxşı təcrübələrin öyrənilməsi, bu prosesdə hazırki vəziyyətin təhlili, gənclərin maarifləndirilməsi vasitəsilə ictimai səhiyyə siyasətinin inkişafının dəstəklənməsi, yeni təşəbbüslərin formalaşdırılması və gələcək əməkdaşlıqların yaradılmasına vasitəçi olmaqdan ibarətdir.
Forumda Portuqaliya, İrlandiya, Bosniya və Hersoqovina, Litva, Serbiya və Gürcüstandan da gənclər iştirak edəcəklər. Forumun işinə dövlət qurumlarının və beynəlxalq təşkilatların mütəxəssisləri dəvət olunacaqlar.
Layihə iştirakçılarının müzakirələr və qrup işi vasitəsilə müxtəlif mühit və icmalarda uğurlu fəaliyyət üsullarını öyrənməsi problemə hərtərəfli yanaşmanı və gələcəkdə qarşılaşa biləcəkləri oxşar halların öhdəsindən gəlmələrini təmin edəcək.