[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/09/IMG_4131.jpg” ]
“Gənclərin Sosial və İqtisadi İnkişafına Yardım” İсtimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Yeni Media və Gənclərin Sosial Şəbəkələrdə fəallığının artırılması” layihəsini icra etmişdir. Layihənin əsas məqsədi ictimai sahədə fəal olmayan gənclərin yeni media və sosial şəbəkələrdən düzgün istifadə edilməsi haqqında bilik və bacarıqlarının artırılması olmuşdur. Layihə Bakı şəhərində icra edilmişdir.
Layihə çərçivəsində gənclər sosial şəbəkələrdən istifadə qaydası, Yeni Media və ənənəvi media üstünlükləri, eyni zamanda vətəndaş jurnalistikası haqqında məlumat almış və 25 nəfər gənc bu sahədə təlimatlanmışlar. Təlimlər zamanı gənclərin elektron məlumatların əldə edilməsində düzgün alətlərdən istifadə etmədikləri ortaya çıxmış və bununla bağlı maarifləndirmə kampaniyasının mühüm olduğu vurğulanmışdır.
“Gənclərin Sosial və İqtisadi İnkişafına Yardım” İсtimai Birliyi maarifləndirmə kampaniyasının davamı kimi Yeni media və sosial şəbəkələr haqqında məlumatı əks etdirən buklet çap etmiş və onu təlim iştirakçıları ilə yanaşı, QHT-lərə və gənclərə paylamışdır. Layihənin fəaliyyətindən birbaşa 25 nəfər, dolayı yolla isə yüzlərlə gənc bəhrələnmişdir.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”9553″ id=”9553″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]