[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/09/20130912_122245.jpg” ]
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) ilə Serbiya Universitetlər Birliyi (SKONUS) arasında avqust ayında imzalanmış niyyət memorandumu çərçivəsində ATGTİ nümayəndəliyinin dəvəti ilə SKONUS-un aktiv tələbə nümayəndə heyəti 10-16 sentyabr 2013-cü il tarixlərində Bakı səfəri çərçivəsində proqrama əsasən sentyabrın 13-də Azərbaycan Gənclər Fondununda olmuşdur. Qonaqlar ilə görüşdə Azərbaycan Gənclər Fondunun Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Orxan Ərəbov, sektorun əməkdaşları Ramin Cəfərov və Emil Yusifov iştirak etmişlər. Qonaqlara Gənclər Fondu haqqında ətraflı məlumat verilmiş, onların gələcəkdə Gənclər Fonduna müraciət perspektivləri müzakirə olunmuşdur. Sonda qonaqları maraqlandıran suallar cavablandırılmış və xatirə şəkli çəkilmişdir.