[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/08/DSC_0040.jpg” ]
YeniSi Ədəbiyyat və Mədəniyyət Təzəhürləri Mərkəzi Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc araşdırmaçılar üçün YeniSi art-texnologiyalar yay məktəbi” keçirmişdir. Şəki şəhərində baş tutan yay məktəbində gənclər individual baxış formalaşdırmağa, yeni incəsənət araşdırma texnologiyalarını öyrənməyə yönəlmiş təlimlərdən faydalanmışlar.
Məktəbin açılışında Azərbaycan Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov, YeniSi Ədəbiyyat və Mədəniyyət Təzahürləri Mərkəzinin icraçı direktoru Maral Mustafazadə, təşkilatın media direktoru Aydan Məqsədqızı və art-direktoru Heyran Mustafayeva çıxış edərək daim inkişaf edən incəsənətin yeni araşdırmaçılarının yetişməsinin önəmindən danışmış, bu cür spesifik auditoriya üçün nəzərdə tutulmuş yay məktəbinin ilk dəfə keçirildiyini vurğulamışlar.
Xatırladaq ki, yay məktəbində iştirak üçün gənclər bir ay müddətində incəsənət problemlərini əks etdirən yazıları ilə müraciət etmişlər. İştirakçılar uğurlu yazıların müəllifləri sırasından intervyu vasitəsi ilə seçilmişlər. Dörd günlük yay məktəbində gənclər “Təsviri incəsənətin əsasları, sənət əsərini necə anlamalı”, “Estetika anlayışı və bugün”, “Layihələrin yazılması və idarə olunması”, “Ədəbi tənqid haqqında. Ədəbi tənqidi necə yazmalı”, “Blog anlayışı və blogging” təlimlərinin iştirakçısı olmuş, qazandıqları bilik və bacarıqların nəticəsi kimi fərdi layihələrini təqdim etmişlər. Onlar Şəki şəhərinin mədəniyyət abidələri ilə tanışlıq fürsəti qazanmış, maraqlı və faydalı vaxt keçirmişlər.
Qeyd edək ki, layihənin davamında iştirakçılar yeni araşdırma işlərini təqdim edərək, sertifikatla təltif olunacaq. Yay məktəbinin məzunları olan araşdırmaçı gənclərlə YeniSinin əməkdaşlığı davamlı olacaq.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”9943″ id=”9943″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]