[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/08/DSC01994.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Nurlu Sabah Uşaq Gənclər Təşkilatının təşkilatçılığı ilə Quba və Qusar rayonlarında may ayından start götürmüş “Gələcək naminə sağlam olaq” adlı layihənin bir hissəsi kimi 5-7 avqust 2013-cü il tarixində Quba şəhərində yerləşən Heydər Əliyev Mərkəzində təlim baş tutmuşdur. Toplantıda Quba rayonu İcra Hakimiyyətinin məsul işçisi Rəxşəndə Bayramova, Quba rayonu Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalayev, Qusar və Quba rayonlarını təmsil edən bir qrup gənc iştirak edirdi. Tədbiri giriş sözü ilə Nurlu Sabah UGT-nin sədri Ramin Xudayev açaraq həyata keçirilən layihənin əhəmiyyətindən və üç günlük təlimin gənclər üçün mahiyyətindən söz açıb. Digər çıxış edən natiqlər də dövlətin gənclərə göstərdiyi qayğıdan, Azərbaycan Gənclər Fondunun gənclər təşkilatlarına göstərdiyi maliyyə dəstəyindən və digər zəruri məsələlərdən danışıblar. Tədbiri təlim formatında layihəyə təlimçi kimi cəlb olunmuş hüquqşünas Həmid Məmmədov davam etdirib. Təlimin ikinci günü iştirakçılara təşkilatın hazırladığı film nümayiş olunub. Təlim 7 avqust 2013-cü il tarixində 20 nəfər iştirakçı gəncin sertifikatlarla təltif olunması ilə başa çatıb.