[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/07/396992_489231534490357_1439893804_n.jpg” ]
26-28 iyul 2013-cü il tarixlərində Shah Palace Otelinin konfrans zalında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, “İB” Club və “İlk Addımlar” layihəsinin dəstəyi ilə “Fəal gənclər şəbəkəsi” layihəsi keçirilib.
Tədbirin açılış mərasimini giriş sözü ilə açan “İrəli” İctimai Birliyinin Nəzarət-Təftiş Komissiyasının sədri Xəqani Fərəcov layihə haqqında məlumat verib. O bildirib ki, layihədə 30 nəfər gəncin qatılacağı təlimlər 3 gün müddətində davam edəcək və layihə sonunda iştirakçılara diplomlar təqdim olunacaq.
Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov isə beynəlxalq aləmdə gənclərin müxtəlif şəbəkələrə, o cümlədən sosial şəbəkələrə qoşulmasının xüsusi əhəmiyyət kəsb etməsini diqqətə çatdırıb.
“İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyev isə vurğulayıb ki, layihənin adından da göründüyü kimi burada ancaq fəal gənclərin iştirakı baş tutacaq.
26 iyul tarixində layihənin ilk panelinin qonağı “İB” Clubun brend meneceri Xanım Həmzəyeva “İctimai/sosial fəallığın karyerada rolu” mövzusunda təqdimat keçirib.
Daha sonra birinci günün növbəti panelinin qonağı Xəzər Universiteti İnternet İnstitutunun direktoru, “İlk Addımlar” layihəsinin rəhbəri Rəşad Əliyev olub. Rəşad Əliyev “Sosial şəbəkələr ümumi məlumat” mövzusunda təqdimatla çıxış edib və sosial şəbəkələrin tarixi, sosial şəbəkələrdən istifadə, sosial fəallıq nədir və s. haqda məlumat verib.
27 iyul tarixində “Fəal gənclər şəbəkəsi” layihəsinin 2-ci gününün növbəti panelləri baş tutub.
Günün ilk panelinin qonağı olan “İB” Clubun həmtəsisçisi Şəmsi Bayramzadə “Şəxsi inkişaf və fəallıq” mövzusunda təqdimat keçirib.
Xəzər Universiteti İnternet İnstitutunun direktoru, “İlk Addımlar” layihəsinin rəhbəri Rəşad Əliyev ikinci panelin qonağı olub və “Sosial şəbəkələrin istiqaməti” mövzuda təqdimat keçirib. Panellərin sonunda iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, layihənin əsas məqsədi gənclərin fəallığının artırılması, sosial təşəbbüslərin layihə təkliflərinə çevrilməsi, şəbəkələşmə, internet mediadan səmərəli istifadə, sosial şəbəkələrdə effektiv fəaliyyət göstərilməsini təmin etməkdir.
28 iyul tarixində “Fəal gənclər şəbəkəsi” layihəsinin son günü iştirakçılara “Layihələrin yazılması” mövzusunda tapşırıq verilib. İştirakçılar 5 komandaya bölünərək 2 saat ərzində maraqlı layihələr təqdim ediblər. Daha sonra layihənin bağlanış mərasimi keçirilib. “İRƏLİ” İctimai Birliyinin Nəzarət Təftiş Komissiyasının sədri Xəqani Fərəcov, “İlk Addımlar” layihəsinin rəhbəri Rəşad Əliyev və layihə rəhbəri Niyaz Əliyev tərəfindən layihə iştirakçılarına uğurlu iştiraka görə sertifikatlar təqdim edilib.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”8962″ id=”8962″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]