[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/07/73364_561609017213597_738350041_n.jpg” ]
“Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AzGF) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Müsəlləh əsgrəm mən də bu gündən!” adlı layihəsi çərçivəsində ikinci təlimi 20-21 iyul 2013-cü il tarixində Quba rayonunda keçirmişdir.
Xatırladırıq ki, həqiqi hərbi xidmətə yararlı olan, xüsusən də orta təhsilini başa vurmuş yeniyetmə və gənclərin faydalandığı bu layihənin məqsədi həmin gəncləri psixoloji cəhətdən vətənə xidmət göstərməyə hazırlamaq, onların vətənpərvər ruhda tərbiyəsinə dəstək göstərməkdir.
Qeyd edək ki, Qubada keçirilən görüşdən birbaşa olaraq 30 nəfər gənc yararlanmışdır. Onlara “Müsəlləh əsgərəm mən də bu gündən!” adlı maarifləndirici-toplu və bukletlər paylanılmış, diplomlar təqdim edilmişdir.