[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/07/DSCN2101.jpg” ]
“Bakı Gənclər Klubu” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə 25 aprel 2013-cü il tarixindən həyata keçirdiyi “Region gəncləri və yerli biznes sahələrinin tələbi” adlı layihəsinin icrasını başa çatdırmışdır. Layihənin həyata keçirilməsində məqsəd respublikamızın regionlarında işsizliyin aradan qaldırılmasına, turizmin və xidmət sektorunun inkişafına, gənclərin peşə təhsilinə marağını artırmağa kömək etməkdən ibarət idi. Layihə çərçivəsində keçirilən təlimlərdə masa xidmətçilərinin (ofisiantların) şəxsi və formalarının gigiyenası, müasir restoranlarda istifadə olunan mebel və örtüklər, masanın bəzədilməsi, müştəri ilə ünsiyyət, yemək növləri və hər bir insanın həyatında əsas rol oynayan səhər yeməyi masasının minimal və maksimal bəzədilməsi mövzularına toxunulmuşdur.
Həmçinin, layihə həyata keçirildiyi müddət ərzində müasir restoranlarda gündəlik işə hazırlanma ardıcıllığı, masanın nahara və şama “minimal-maksimal” bəzədilməsi ardıcıllığı, çoxsaylı banket növləri , “İsveç stolu”, şadlıq evlərində toyların keçirilməsi zamanı xidmətin təşkili haqqında layihə iştirakçılarına geniş təlim keçirilmişdir. Layihə çərçivəsində təşkil olunmuş təlimlərdə 25 nəfər gənc iştirak etmişdir.
Layihənin sonunda iştirakçılar şəhadətnamə ilə təltif olunmuşlar.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”8905″ id=”8905″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]