[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/07/Foto-Marafon-4.jpg” ]
“Resurs” Gənclərin İnkişafı İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Bakı İnklyuziv İdman Festivalları” layihəsini uğurla başa çatdırıb. Layihənin məqsədi inklyuziv metodlarla sağlam və sosial təcrid olunmuş gəncləri idmana cəlb etmək yolu ilə bərabər imkanlar təmin etmək, idmanın təbliği, yeniyetmə və gənclərin idmanda iştiraklarının artırılması, onların maraqlarının müdafiəsi olmuşdur.
Layihə çərçivəsində Bakı şəhəri, Nizami rayonunda fəaliyyət göstərən 214 və 129 saylı tam orta məktəblərdə “İnklyuziv Gənclik İdman Festivalları” keçirilmişdir. Yarışlardan əvvəl iştirakçılara layihə barədə geniş məlumat verilib. “Resurs” Gənclərin İnkişafı İctimai Birliyinin sədri Samir Mehdizadə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna aktual məsələ olan gənclərin sağlam həyat tərzi sürmələri, idmana cəlb olunmaları üçün layihə təqdim etdiklərini, Gənclər Fondunun bu layihəni dəstəkləyərək maliyyə vəsaiti ayırdığını qeyd edib. Layihə çərçivəsində marafon və voleybol yarışları təşkil edilib, gənclər kütləvi surətdə idmana cəlb edilib, sağlam həyat tərzi təşviq edilib. Marafon yarışları “İdman məqsəddir!” devizi altında, voleybol yarışları isə “Sağlam həyat tərzi amalımızdır!” şüarı ilə keçirilmiş və geniş marağa səbəb olmuşdur. İştirakçılara layihə çərçivəsində hazırlanmış köynəklər paylanmış, qaliblər Fəxri Fərmanlar və Kuboklarla mükafatlandırılmışlar.
Mükafatlandırma mərasimində çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna bu layihəyə dəstək verdiyinə görə dərin minnətdarlıqlarını bildirmişlər.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”8847″ id=”8847″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]