[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/07/IMG_55341.jpg” ]
Azərbaycan Gənc Hüquqşünaslar Birliyi Gənclər Fondunun dəstəyi ilə 17 iyul 2013-cü il tarixində sağlamlıq imkanları məhdud olan gənclərlə işləyən təşkilat nümayəndələri üçün “Sağlamlıq imkanları məhdud olan şəxslərin əmək bazarına çıxışı” mövzusunda təlim təşkil etmişdir.
Təlimdə ekspert qismində “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri, “Azərbaycan Hüquqlar Konsorsiumu” layihəsinin rəhbəri Ramil İskəndərli Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud olan şəxslərin əmək bazarına çıxış imkanları, qanunvericilik, onun tətbiqi praktikası və problemlər mövzusunda iştırakçılara məlumat vermişdir.
Bundan başqa, mövzu üzrə sosial video çarxlara baxış keçirilmiş və sağlamlıq imkanları məhdud olan şəxslərin əmək bazarına çıxışını məhdudlaşdıran əsas səbəblər barədə fikir mübadiləsi aparılmışdır.
Tədbirdə Sumqayıtın “Gənclərin rəyi” araşdırmalar mərkəzi, “Lotos-Əlilliyin dərki və Təlim” Mərkəzi, “Femida” hüquq-informasiya portalı, Gənc Hüquqşünaslar Birliyi, Azərbaycan Hüquqşünasları Konfederasiyası, “Müstəqil Həyat” inkişaf və dəstək mərkəzi və digər təşkilatların nümayəndələri iştirak etmişlər.
Tədbirin sonunda əlillərin əmək bazarına çıxışı məsələləri üzrə müvafiq dövlət strukturlarına hazırlanacaq təkliflər müzakirə edilmişdir.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”8827″ id=”8827″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]