[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/07/IMG_0154.jpg” ]
Azərbaycan Gənc Hüquqşünaslar Birliyi Azərbaycan Gənclər Fonudunun dəstəyi ilə sağlamlıq imkanları məhdud olan şəxslər üçün “Sağlamlıq imkanları məhdud olan şəxslərin əmək bazarına çıxışı” mövzusunda Yevlax rayonunda təlim təşkil etmişdir.
Təlimdə ekspert qismində Azərbaycan Hüquqşünaslar Konfederasiyasının sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və ekspert Bayram Yusifov Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud olan şəxslərin əmək bazarına çıxış imkanları, qanunvericilik, onun tətbiqi praktikası və problemlər mövzusunda iştirakçılara məlumat vermiş və mövzu üzrə fikir mübadiləsi aparılmışdır.
Tədbirdə Yevlax rayonunda yaşayan sağlamlıq imkanları məhdud olan şəxslər iştirak etmişlər.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”8789″ id=”8789″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]