[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/07/banner-qan-donorlugu_.jpg” ]
“Gənclərin Töhfəsi” İctimai Birliyi 16 iyul 2013-cü il tarixindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Sağlam Ailə Tibb Mərkəzinin və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin tərəfdaşlığı ilə “Gənclər arasında qan donorluğu könüllülüyünün təbliği” layihəsinə start verib. Layihənin məqsədi qan donorluğu ilə bağlı informasiyanın mahiyyətini gənclərə çatdırmaq, daima qana ehtiyacı olan talasemiyalı uşaq və gənclərə göstərdikləri əvəzsiz humanist addımın cəmiyyət və dövlət tərəfindən qiymətləndirildiyi hissini formalaşdırmaq və habelə onları həvəsləndirmək üçün yeni proqramlar hazırlanması niyyəti ilə gənc qan donorların fərdi yanaşma yolu ilə sosial iqtisadi vəziyyətini öyrənməklə məlumat bankının hazırlanmasıdır.
“Gənclərin Töhfəsi” İctimai Birliyi layihə çərçivəsində keçiriləcək 2 günlük “Gənc Qan donoru məktəbi” nə seçim turu elan edir. İştirak etmək istəyənlər gənclər birliyin veb-səhifəsinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat üçün son tarix 29 iyul 2013-cü il tarixidir.
Ətraflı: www.gtib.az