[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/07/1069185_558498080858024_1099140308_n.jpg” ]
“Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Müsəlləh əsgərəm, mən də bu gündən!” adlı layihəsi çərçivəsində Ağsu rayonunda təlim həyata keçirilmişdir.
Layihənin məqsədi həqiqi hərbi xidmətə yararlı olan, xüsusən də orta təhsilini başa vurmuş yeniyetmə və gəncləri psixoloji cəhətdən vətənə xidmət göstərməyə hazırlamaq, onların vətənpərvər ruhda tərbiyəsinə dəstək göstərməkdir. Layihənin qarşısında duran əsas məsələ gəncləri hərbi xidmət haqqında müəyyən qədər məlumatlandırmaq, onları bu sahədəki mövcud olan qanunvericiliklə tanış etmək, asudə vaxtlarının səmərəli təşkilinə köməklik göstərməkdir.
30 nəfər gəncin yararlandığı layihədə təlimçi əsgər olacaq gənclərə ölkəmizdəki hərbi qanunvericilik, hərbi xidmətin psixoloji məqamları və ölkəmizin hərb sahəsindəki qazandığı uğurlardan bəhs etmişdir.
Təlimim effektivliyini artırmaq məqsədi ilə gənclərə layihə çərçivəsində hazırlanmış maarifləndirici toplu və bukletlər paylanmışdır.
Gənclərin böyük maraqla qarşıladığı təlimdə təlimçi gənclərin həqiqi hərbi xidmət haqqında çoxsaylı suallarını cavablandırmışdır.
Qeyd edək ki, layihə çərçivəsində anoloji təlimlər daha iki rayonda keçiriləcək. Ümumilikdə isə layihədən 90 nəfər gəncin birbaşa yararlanması nəzərdə tutulmuşdur.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”8721″ id=”8721″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]