[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/07/DSC_1112.jpg” ]
“Gələcəyə Doğru Təşəbbüskar Tələbə Gənclər” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “İnformasiya Beyinləri” düşərgəsi sona çatıb.
Düşərgə ərzində komandalar qalib olmaq üçün müxtəlif maraqlı və intellektual tapşırıqlar yerinə yetiriblər. Düşərgənin ilk günü İKT mövzusunda “Nə? Harada? Nə zaman?” intellektual yarışması keçirilib.
İkinci gün “İKT sahəsində problemlər və onların həlli” mövzusunda təlim keçirilib. Təlimçi Cahid İsmayıloğlu İKT sahəsində biliklərini gənclərlə bölüşüb. Daha sonra iştirakçılara layihələrin yazılması və idarə olunması mövzusunda təlim keçirilib. Günün sonunda sosial gecə keçirilib və gənclər xüsusi istedadlarını, hazırladıqları səhnəcikləri təqdim ediblər.
Düşərgənin üçüncü günü əsasən araşdırmalara və sosial şəbəkələrə həsr olunub. Komandalara səhər təlimində Cahid İsmayıloğlu tərəfindən sosial şəbəkələrlə iş mövzusunda təlim keçirilib və təşkilatçılar tərəfindən günün sonuna “Göyçay şəhəri və biz” , “İKT sahəsində problemlər və onların həlli” və “Komanda işinin təşkili” mövzularında 3 müxtəlif video-roliklər hazırlamaq tapşırılıb. Komandalar günün sonunda bu vəzifəni uğurla icra ediblər. Günün qalibi təyin edilib.
Düşərgənin son günü İKT sahəsində layihələrin təqdim olunması başa çatıb. Hər komanda layihə ərzində öyrəndiyi və araşdırdığı məsələlər barədə layihələr hazırlayıb, çıxış ediblər. Düşərgə ərzində komandalar “Redstagram” , “Twitter lövhəsi” , “Facebook Mesaj Qutuları”, “Kanape şou” və digər fəaliyyətləri yerinə yetirərək həm əlavə bal qazanıb, həm də düşərgəni daha da canlı etməyi bacarmışlar. Düşərgənin qalibi 4 gün ərzində qazanılan balların cəminə görə “Yaşıl” komandası olub.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”8683″ id=”8683″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]