[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/07/DSC0949.jpg” ]
Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində “Xocalıdan Srebrenisaya: Soyqırım və etnik təmizləmənin qarşısının alınması” adlı beynəlxalq Simpozium keçirilib. Simpozium “Xocalıya Ədalət” Beynəlxalq Təbliğat və Məlumatlandırma Kampaniyası çərçivəsində, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu (DƏ-İKGF) və EMISCO tərəfindən, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və TİKA-nın dəstəyi ilə təşkil edilib. Tədbirdən əvvəl iştirakçılar Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə salınmış Bosniya və Herseqovina-Azərbaycan dostluq parkındakı Xocalı və Srebrenisa qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət etmişlər.
Avropanın 15-dən artıq ölkəsini təmsil edən nüfuzlu qeyri-hökumət təşkilatlarının nümayəndələri, Bosniya ictimaiyyəti və burada akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçilərinin iştirakı ilə keçirilən Simpoziumdan əvvəl tədbir iştirakçıları DQİDK sədri E.İskəndərov və Noviqrad şəhərinin meri Semir Efendic tərəfindən Sarayevonun mərkəzindəki Bristol otelində açılmış “Xocalıdan Srebrenisaya” adlı foto və rəsm sərgisi ilə tanış olmuşlar. Sərgidə rəssam Nazim Məmmədovun Xocalı qətliamını əks etdirən rəsm əsərləri nümayiş etdirilmişdir.
Simpoziumun açılış mərasimində DƏ-İKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın iştirakçılara müraciəti oxunmuşdur. Müraciətdə Srebrenisa və Xocalı soyqırımları arasındakı oxşarlıq, Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən layiqli hüquqi siyasi qiymətini almamasından doğan cəzasızlığın Srebrenisa, Ruanda və s. kimi soyqırım cinayətlərinə rəvac verməsi, cinayətkarların ədalət mühakiməsinə cəlb olunması və bu kimi cinayətlərin təkrarlanmaması üçün birgə fəaliyyətin vacibliyi xüsusilə vurğulanmışdır.
Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri və DƏ-İKGF-nin Baş katibi Elşad İskəndərov, Avropa Şurası Yanında Qeyri-hökumət Təşkilatları Konfransının prezidenti Jan Mari Heydt, Novigrad şəhərinin meri Semir Efendic, EMISCO-nun təmsilçisi Veysəl Filiz, TİKA-nın Bosniyadakı koordinatoru Zülküf Oruc çıxış etmişdir. Srebrenisa qətliamının 18-ci ildönümü ərəfəsində keçirilən bu tədbirin əhəmiyyətini vurğulayan natiqlər qeyd etmişlər ki, bu kimi tədbirlər zamanı dünyada baş vermiş bütün soyqırım aksıyalarının qurbanları üçün birgə ədalət tələb edilməsi, beynəlxalq ictimaiyyət tərəfindən Xocalıda törədilmiş vəhşiliklərə məsul olan canilərin ədalət məhkəməsinə cəlb edilməsi beynəlxalq hüququn qorunması baxımından müstəsna əhəmiyyətə malikdir. Açılış mərasiminin sonunda simpozium istirakçılarına Xocalıya həsr olunmuş və Avropalı kinomatoqraflar tərəfindən çəkilmiş “Sonu olmayan dəhliz” sənədli filmi nümayiş etdirilmişdir.
Simpoziumda Gənclər Fondunu aparat rəhbəri Faiq Qürbətov təmsil etmişdir.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”8669″ id=”8669″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]