[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/07/6a394ce22ab42818efbca6d724404f8f1.jpg” ]
Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu 27 iyun 2013-cü il tarixində növbəti qrant müsabiqəsini elan etmişdir. Bununla əlaqədar olaraq Respublikanın bir sıra şəhər və rayonlarında region gəncləri üçün müsabiqə şərtləri və müraciət qaydaları barədə təqdimatlar keçirilir.
Layihələr və regionlarla iş sektorunun müdiri Vaqif Seyidbəyov və Fondun əməkdaşı Ramin Cəfərov tərəfindən davam etdirilən təqdimatlar bu gün, 11 iyul 2013-cü il tarixində Sumqayıt, Bərdə və Ağcabədidə keçiriləcək. Qeyd edək ki, təqdimatlar artıq Şamaxı (Mərəzə, Ağsu), Şirvan (Sabirabad, Hacıqabul), Qəbələ (İsmayıllı), İmişli (Saatlı, Beyləqan), Şəki (Oğuz), Biləsuvar (Salyan, Neftçala), Zaqatala (Balakən, Qax), Lənkəran (Astara, Lerik), Abşeron, Masallı (Cəlilabad, Yardımlı), Göyçay (Kürdəmir, Ucar, Zərdab) və Yevlaxda (Mingəçevir, Ağdaş) baş tutub. Region gənclərinin böyük marağına səbəb olan təqdimatlar gənclərin suallarının cavablandırılması ilə davam edib. Qeyd edək ki, regional mərkəz olaraq seçilmiş şəhərlərdə qonşu bölgələrin də gəncləri iştirak edirlər. Növbəti günlərdə təqdimatlar Gəncə, Xaçmaz, Şəmkir, Quba və Qazaxda keçiriləcək. Eyni zamanda, regionlarla yanaşı Gənclər Fondu tərəfindən Bakı şəhərinin də müxtəlif rayonlarında fəal gənclər və gənclər təşkilatlarının nümayəndələri üçün təqdimatlar keçirilir, Fondun məqsəd və vəzifələri, elan etdiyi qrant müsabiqələri və müsabiqələrdə iştirak etmək qaydaları barədə məlumatlar verilir. Təqdimatlar Fondun əməkdaşı Vüsalə Niftəliyeva tərəfindən həyata keçirilir. Artıq Pirallahı, Qaradağ və Binəqədidə hər birində 50 nəfərdən çox gəncin iştirakı ilə təqdimatlar baş tutub. Bu gün, 11 iyul tarixində Sabunçu və Suraxanı rayonlarında təqdimatlar keçirilir.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”8505″ id=”8505″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]