[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/07/IMG_2980.jpg” ]
Növbəti səfər zamanı Lerik, Yardımlı və Cəlilabad rayonlarında yaşayan gənc və məktəbli qızlarla görüşlər keçirilib. Müxəlif ailələrdə görüşlər keçirən kampaniyaçılar qızların təhsil almasına maneə olan amilləri müəyyənləşdiriblər. Adları qeyd olunan ərazilərdə, xüsusən Lerik və Yardımlı zonalarında ali məktəb, kollec və texnikumların olmaması əsas prioritet məsələ kimi valideynlər tərəfindən vurğulanıb.
Görüşlər zamanı regionlarda yaşayan qızlara “Mənim Təhsilim, Mənim Gələcəyim!” adlı kitab və köynəklər təqdim olunub.
Həmçinin, kampaniyanın iştirakçısı olan qızlar “İdeya Blankı” dolduraraq öz arzularını və arzularının reallaşmasında maneə olacaq amilləri qeyd ediblər.
Doldurulmuş blanklarda daha çox məktəblərin uzaq məsafələrdə yerləşməsi qızların təhsil almasına maneələr törətdiyi qeyd olunub. Həmçinin, ali təhsil almaq arzusu və bu arzuya maneə olacaq başlıca amillərdən biri kimi cəmiyyətdə formalaşan müxtəlif stereotiplər qeyd olunub.
Kampaniyanın davamlılığı və Azərbaycanın digər regionlarına səfərlərin təşkil edilməsi üçün kampaniyaçılar yeni yaradıcı işlər və əməkdaşlıqlar üzərində planlaşdırma aparırlar.
Kampaniya bundan əvvəl Lənkəran, Masallı və Astara zonalarında səfərdə olub.
Qeyd edək ki, kampaniya hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən dəstəklənir.
Kampaniya çərçivəsində hazırlanan video-çarx: http://www.youtube.com/watch?v=0IQxadxEw1M
Kampaniyanın rəsmi Facebook səhifəsi: https://www.facebook.com/myeduaz
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”8448″ id=”8448″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]