[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/07/esas.jpg” ]
Azərbaycanın bölgələrində həyata keçirilən, kitabın və ədəbiyyatın inkişafı naminə Azərbaycan Gənclər Fondu tərəfindən dəstəklənən “Ədəbiyyat Şəbəkəsi” layihəsi çərçivəsində Xaçmazda yaşayan gənc yazar Sərdar Aminin kitabı çap olunmuş və oxuculara təqdim olunmuşdur.
“Əli və Nino” kitab kafesində keçirilən tədbirə yazarlar və ədəbiyyatsevərlər qatılıb. Təqdim olunan “Qaratoyuq nəğməsi” sentimental faciə romanıdır.
Tədbir iştirakçıları Sərdar Aminin yaradıcılığını yüksək qiymətləndirmişlər. Gənc yazarın ilk nəsr əsəri olan “Qaratoyuq nəğməsi” hələ başlamayan II Qarabağ müharibəsinə həsr olunub. Romanda müharibənin acıları humanist bir gəncin taleyi üzərində göstərilib. Əsərin sujet xətti humanizm və insansevərlik üzərində qurulub.
Regional Televiziyada PR menecer vəzifəsində çalışan Sərdar Amin 1988-ci ildə Qubada anadan olub. Hazırda Qusarın Aşağı Ləgər kəndində yaşayır. “Qaratoyuq nəğməsi” müəllifin ilk kitabıdır. Roman “Qanun” nəşriyyatında çap olunub.
“Ədəbiyyat Şəbəkəsi” layihəsi Azərbaycan Gənclər Fondu tərəfindən dəstəklənən layihədir. Layihənin əsas məqsədləri:
1. Bölgələrdə yaşayan gənclərin kitaba həvəsini artırmaq;
2. Kitabı, ədəbiyyatı ictimailəşdirmək və aktuallaşdırmaq;
3. Bölgələrdə yaşayan gənc kitabsevərlər arasında şəbəkələşmə yaratmaqdır.
Bunun üçün layihə çərçivəsində 6 ay ərzində Azərbaycanın 11 bölgəsində kitab müzakirələri təşkil olunacaq, kitabsevərlərə pulsuz kitablar paylanacaq, yazıçıların imza günləri təşkil olunacaq.