[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/07/new-logo.jpg” ]
Şərqi Avropada Təhsil Alan Azərbaycanlı Tələbə və Məzunlar İB – “EEASA” Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi nəticəsində ərsəyə gələn “Millenium” layihəsi çərçivəsində yeni loqo təqdimatı etmişdir.
EEASA sədri cənab Ənvər Hüseynovun dediyinə görə, yeni loqo Azərbaycanın region ölkələri ilə strateji münasibətlərini simvolizə edir. Bundan əlavə, yeni loqonun tərtibatı zamanı “Azərbaycan: 2020 Gələcəyə baxış” konsepsiyasının ideyalarına əsaslandığı qeyd olunmuşdur. Belə ki, əsas hədəflərdən biri humanitar və elmi sahələrdə Azərbaycanın və dünya post industrial və strateji ictimaiyyətinin iş birliyinin göstərilməsidir.