[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/07/foto-serbiya.jpg” ]
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəvəti ilə Serbiya Respublikasının Gənclər və İdman naziri xanım Alisa Mariçin başçılıq etdiyi nümayəndə heyəti Bakıya səfər etmişdir. İlkin olaraq qonaqları Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov qəbul etmişdir. Hal-hazırda qonaqlar digər qurumlarla və təşkilatlarla görüşlər keçirirlər.
2 iyul 2013-cü il tarixində nümayəndə heyəti Azərbaycan Gənclər Fondunun ofisində olmuşdur. Qısa tanışlıqdan sonra qonaqlara Gənclər Fondunun təqdimatı keçirilmiş, Fondun fəaliyyət istiqamətləri, məqsəd və vəzifələri, ümumiyyətlə Azərbaycan və xarici ölkə gəncləri ilə Fondun əməkdaşlığı barədə məlumat verilmişdir. Serbiyalı qonaqlar da öz növbələrində Fondla bağlı onları maraqlandıran bir sıra suallar ünvanlamışlar. Daha sonra Fondun icraçı direktoru Fərhad Hacıyev qonaqları qəbul etmiş, onları gələcəkdə qurula biləcək birgə əməkdaşlıq perspektivləri, ortaq fəaliyyət istiqamətləri barədə məlumatlandırmışdır.