[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/07/MG_9924.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, yurd-yuvasından didərgin düşmüş gənclərin problemlərinin həlli istiqamətində bir çox layihələrə dəstək olmuşdur.
Belə layihələrin növbətisi “Doğma Qarabağım” gənclərin yaradıcılıq festivalıdır. Bu layihə əsasən məcburi köçkün məktəblərində oxuyan yeniyetmə və gənclərin Qarabağla bağlı çəkdikləri rəsmlərin, hazırladıqları əl işlərinin, həmçinin istedadlı digər gənclərin ölkə ictimaiyyətinin diqqətinə çatdırılması işini həyata keçirəcəkdir.
Məcburi köçkün gənclərin bu festivalı 29 iyun 2013-cü il tarixində İçəri Şəhərdə “Abşeron” rəsm qalereyasında keçirilmişdir. Festivalda Ağdam, Cəbrail, Füzuli, Kəlbəcər rayonlarından məcburi köçkün düşən gənclərin əl işləri və rəsm nümunələri nümayiş etdirilmişdir.
Rəsmlər Qarabağın təbiətinə, abidələrinə, qəhrəman insanlarına, mədəniyyət nümunələrinə həsr edilmişdir. Şuşanın, Ağdamın erməni vandalları tərəfindən dağıdılmış abidələri uşaqların və yeniyetmələrin təsəvvüründə yenidən canlandırılmışdır.
Əl işlərində Qarabağın miniatür görüntüləri peşəkarlıqla yaradılmış, təbiəti əks olunmuşdur.
Festivalda Kəlbəcər rayonundan olan gənc aşıqlar da öz bacarıqlarını nümayiş etdirmişlər. Gənc aşıqlar Qarabağın gözəlliklərindən bəhs edən nəğmələr səsləndirmişlər.
Layihənin ideya müəllifi və rəhbəri Sərraf Hüseynovun bildirdiyinə görə, layihənin əsas məqsədi öz doğma torpaqlarından didərgin düşmüş yaradıcı və istedadlı gənclərin üzə çıxarılması, onlara öz yaradıcılıq imkanlarını genişləndirmək üçün dəstək göstərilməsi və bu gənclərin yaradıcılıq nümunələri vasitəsilə Qarabağın tarixi Azərbaycan torpağı olmasını, Qarabağ münaqişəsində Azərbaycanın haqq səsinin festival iştirakçılarının və digər ictimaiyyət nümayəndələrinin diqqətinə çatdırılmasından ibarətdir.
“Doğma Qarabağım” gənclərin yaradıcılıq festivalı layihəsi erməni qəsbkarları tərəfindən 20 ildən artıqdır ki, öz doğma yurd-yuvasından didərgin salınmış istedadlı gənclərin yaradıcılığını nümayiş etdirmək, onların doğma yurdlarına olan sevgisini və o torpaqlara dönmək istəyini ictimaiyyətə, xüsusən ölkəmizdə fəaliyyətdə olan beynəlxalq təşkilat nümayəndələrinə, səfirliklərin əməkdaşlarına təqdim etmək niyyətindədir.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”8131″ id=”8131″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]