[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/07/IMG_05.jpg” ]
“Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə İsmayıllı rayonunda ““Açıq Qapı”- bələdiyyələrdə gənclərin iştirakçılığının artırılması” adlı layihə icra olunmuşdur. Bu haqda layihə rəhbəri “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyinin icraçı direktoru Fariz Budaqov məlumat vermişdir. Layihənin açılışında Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın sədri Nurəddin Mehdiyev, İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Nəcəfli, İsmayıllı bələdiyyəsinin sədr müavini Qüdrət Kazımov iştirak etmişlər. Layihənin məqsədi regionlarda gənclərin bələdiyyələrin işində, qərarların qəbulunda iştirakçılığının artırılması, bələdiyyə-gənclər əməkdaşlığının gücləndirilməsinə, aktiv vətəndaşlığın artırılmasına töhfə verilməsi, gənclərin bələdiyyələr qarşısında sosial təşəbbüskarlığının artırılması, gənclərin problemlərinin həllində bələdiyyələrin rolunun artırılması, bələdiyyə-könüllü əməkdaşlığının gücləndirilməsi, region gənclərində bələdiyyələrə marağın artırılmasıdır.
Layihə çərçivəsində 4 gün ərzində (25-28 iyun 2013-cü il) İsmayıllı rayonunda fəaliyyət göstərən bələdiyyə rəhbərləri ilə gənclərin müzakirəsi təşkil olunmuşdur. Müzakirələr zamanı “Gənclərin bələdiyyələrdə qərarların qəbulu prosesində iştirakı, ictimai iştirakçılıq”, “Gənclərin sosial təşəbbüslərinin bələdiyyələr tərəfindən dəstəklənməsi”, “Bələdiyyə fəaliyyətinin şəffaflığı: məlumatlandırma işində gənclərin iştirakı”, “Bələdiyyələrdə könüllü fəaliyyətin canlandırılması”, “Sosial proqramların icrasında gənclərin iştirakı”,” Ekoloji proqramların icrasında gənclərin iştirakı” kimi mövzulara diqqət yetirilmişdir. Gənclər işçi qruplarda müzakirələr apararaq təkliflər hazırlamışlar. Müzakirələrdən sonra gənclərə “Bələdiyyələrin işində könüllülər “mövzusunda təlimlər də keçirilmişdir.
Layihə çərçivəsində İsmayıllı bələdiyyəsi nəzdində bələdiyyə-gənclər komitəsi yaradılmışdır. Məqsəd bələdiyyələrdə gənclərin iştirakının təmin olunması, gənclərlə bağlı məsələlərin həllini koordinasiya etməkdir. Ayda bir dəfədən az olmayaraq komitələrin iclasları keçiriləcək, gənclər tərəfindən təkliflər veriləcək. Bu təkliflər bələdiyyələrin gənclər sahəsində işinin qurulmasında əhəmiyyətli olacaq. Eyni zamanda, layihə çərçivəsində könüllülər qrupu da yaradılmışdır.
Layihə çərçivəsində İsmayıllı bələdiyyəsində “Açıq qapı günü“ aksiyası keçirilmişdir. Bu aksiya vasitəsilə daha çox gənc bələdiyyələrin işi, onların funksiyaları, rolları, vəzifələri haqqında məlumat əldə etmişlər. Gənclər tərəfindən suallar verilmiş, maraqlı müzakirələr aparılmışdır.
Layihə çərçivəsində müxtəlif çap məhsulları-bukletlər, cib təqvimləri, yazılı köynəklər birbaşa və dolayı iştirakçılar arasında paylanmışdır.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”8118″ id=”8118″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]