[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/07/IMG_5604.jpg” ]
“Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Gənclərin məşğulluğu sahəsində bələdiyyələrlə gənclərin əməkdaşlığının gücləndirilməsi” layihəsini həyata keçirir. Layihənin əsas məqsədi Beyləqan və Beyləqan ərazisində salınmış Füzuli, Xocavənd və Ağdam rayonlarından olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbə və kəndlərdə yaşayan məcburi köçkün gənclərin məşğullunun təmin edilməsi məqsədilə bələdiyyələrlə gənclər arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsindən ibarətdir.
Layihə çərçivəsində 28-30 iyun 2013- cü il tarixlərində Beyləqan rayonunda 30 nəfər gəncin iştirakı ilə təlim keçirilmişdir. Təlimin 1-ci günü dövlət orqanlarının iştirakı ilə tədbirin açılışı elan edilmişdir. Tədbiri giriş sözü ilə “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyinin sədri Zaur Quliyev açaraq həyata keçirilən layihə haqqında ətraflı məlumat vermişdir. 181 saylı texniki peşə məktəbinin, Beyləqan rayon Gənclər və İdman İdarəsinin, Beyləqan bələdiyyəsinin əməkdaşları və digər qonaqlar çıxış edərək həyata keçirilən layihənin əhəmiyyətini qeyd etməklə yanaşı, regionlarda gənclərin məşğulluğunun təmin edilməsi istiqamətində bələdiyyələrlə gənclərin əməkdaşlığının zəruriliyini qeyd etmişlər. Təlim zamanı “Yerli özünüidarəetmə anlayışı və qanunvericilik”, “Gənclərin bələdiyyələr və bələdiyyə orqanlarına müraciət qaydaları”, “Bələdiyyələrlə əlaqələrin qurulması”, “Karyera planlaşdırılması” və digər mövzular ətrafında geniş müzakirələr aparılıb.
Təlim interaktiv metodla aparılmışdır. Təlimin gedişində interaktiv təlim üsulları, təqdimatlar, qrup işləri, fokus qrup müzakirələri, iştirakçılarla və mütəxəssislərlə fikir mübadiləsi aparılmışdır. Təlimin sonunda iştirakçılar sertifikatlarla təltif edilmişlər.
Layihə çərçivəsində bir sıra bələdiyyələrlə görüşlərin keçirilməsi ilə yanaşı, Beyləqan rayonunda və məcburi köçkün qəsəbələrində yaşayan gənclərlə də fərdi görüşlərin keçirilməsi və çap materiallarının paylanması nəzərdə tutulur.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”8065″ id=”8065″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]