[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/06/1016816_631125663582362_1442343304_n.jpg” ]
Respublikada ilk dəfə Gəncə şəhərində Gənclər Fondunun və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən forumda paytaxt və digər regionlardan 100 nəfərə yaxın gənc iştirak edirdi.
Forumun keçirilməsində əsas məqsəd “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı və “Regionların 2009-2013-cü illərdə Sosial-iqtisadi İnkişafı” Dövlət Proqramının müvafiq bəndlərinin icrasına dəstək verməklə yanaşı, ölkənin turizm potensialından istifadə imkanlarının öyrənilməsi, regionların sosial-iqtisadi inkişafında turizm sektoru vasitəsilə gənclərin rolunu artırmaq, bu sahədə yeni kadrların formalaşmasına şərait yaratmaqdır.
17-21 iyun 2013-cü il tarixlərini əhatə edən forumun ilk gününü gənclər Gəncə şəhərinə ekskursiya ilə başlayıblar və şəhərin turizm potensialı ilə yaxından tanış olublar. Forumun rəsmi açılış mərasimində rəsmilərin və eyni zamanda müxtəlif ekspertlərin iştirakı ilə keçirilən panellərdə “Azərbaycanda turizm potensialı və perspektivlər”, “Azərbaycanın gələcək illərdə turizm konsepsiyası”, “Turizmin inkişafında dövlətin dəstəyi”, “Gənclər Turizm sektorunda”, “Turizm şirkətlərinin yaradılması və idarə olunması” və s. kimi mövzular müzakirə olunub və gənclər əhəmiyyətli məlumatlara sahibləniblər.
Forumun sonunda turizmin daha yaxşı inkişaf etdirilməsi məqsədilə gənclər tərəfindən hazırlanmış layihələrin təqdimatı keçirilib.
“Odlar Yurdu” Gənclər İctimai Birliyinin sədri Nigar Ələsgərovanın sözlərinə görə, forum yekunlaşdıqdan sonra 20 nəfər gənc müxtəlif Turizm şirkətlərində təcrübə proqramlarına cəlb olunacaq və yekunda işlə təmin olunacaqlar.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”7967″ id=”7967″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]