Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Dağlıq Qarabağ Uğrunda gedən döyüşlərdə şəhadət şərbətini içən qəhraman şəhidlərimizin xatirəsinə həsr olunmuş “Şəhidlər ölməz, Vətən bölünməz” gənclərin yaradıcılıq festivalı layihəsi” gənclər üçün maarifləndirici seminarların təşkili layihəsi uğurla icra olunmuşdur.
Layihə rəhbəri Sadəddinli Həzrətin verdiyi məlumata görə, 10-cu qrant müsabiqəsi çərçivəsində keçirilən və 3 gün davam edən seminarlarda Aprel döyüşləri və Aprel döyüşlərində həlak olan şəhidlərimiz və milli qəhrəmanlarımız, həmçinin onların göstərdikləri şücaəti haqqında fikirlər səsləndirilmiş və vətənpərvərlik ruhunun yüksəldilməsi ilə əlaqədar müzakirələr aparılmışdır. Sonda seminar iştirakçılarından fəal olan gənclər sertifikatlarla təltif olundular.
Tədbirlər zamanı və tədbirlərdən sonra mövzu ilə bağlı Gənclər Fondunun maliyyə dəstəyi ilə hazırlanmış çap materialları gənclər arasında paylanılmışdır.