Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata “Təmiz Ekologiya, Sağlam Həyat deməkdir” icra olunmuşdur.
Layihə rəhbəri Məhərrəmli Eminin verdiyi məlumata görə, 10-cu qrant müsabiqəsi çərçivəsində keçirilən və 2 gün davam edən seminarlarda ekologiya, ətraf mühit və ekoloji təhlükəsizlik sahəsində son yeniliklər və nailiyyətləri haqqında geniş müzakirələr aparılmışdır. Sonda seminar iştirakçılarından seminarlarda fəal olan gənclər sertifikatlarla təltif olundular.
Tədbirlər zamanı və tədbirlərdən sonra mövzu ilə bağlı Gənclər Fondunun maliyyə dəstəyi ilə hazırlanmış çap materialları gənclər arasında paylanılmışdır.