13 dekabr 2017-ci il tarixlərində “Binəqədi Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin inzibati binasında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının Gənclər Birliyinin təşkilati dəstəyi ilə “İş həyatının əsas qaydaları” adlı layihənin açlış mərasimi baş tutmuşdur.
Tədbirdə layihə rəhbəri Budaq Budaqlı çıxış edərək tədbirin keçirilməsində göstərdikləri köməyə görə aidiyyatı qurumlara öz təşəkkürünü bildirib, layihə haqqında məlumat verib və çıxışında bu cür tədbirlərin gənclərin şəxsi inkişaf bacarıqlarının artırılmasında nə qədər əhəmiyyətli olduğunu qeyd edib.
Təlimçi Nərmin Əliyeva təlimi keçərək “İş həyatının əsas qaydaları” haqqında məlumat verdi.
Qeyd edək ki, layihə çərçivəsində 30 nəfər gəncin iştirakı ilə 3 təlimin keçirilməsi nəzərdə tutulmuşdur.