![](https://youthfoundation.az/wp-content/uploads/2017/12/25105516_754818447976029_1121905152_n.jpg)
“İplərin sehri” layihəsinin 3-cü, sonuncu təlimi Hədəf Yaradıcılıq Mərkəzində saat 12:00-da Əzizə Mustafazadə tərəfindən keçirildi. Təlimdə iştirakçılara qobelen, onların yaranma tarixi və hazırlanma yerləri haqqında məlumat verildi. İlk qobelen parçaların fransa saraylarında toxunmuşdu. Ümumiyyətlə hal-hazırda da qobelen əl işlərindən divan və oturacaqlar üstlərində istifadə olunur. Daha sonra qobelen şərq ölkələrində, xüsusilə Türkiyədə “tık-tıklama” deyilən üsulu ilə hazırlanırdı. Demək olar ki, qobelen, kilim, xalça, palazların toxunmasında “şpalyar” adlanan texnikadan istifadə edirlər.
Təlim iştirakçıları nəzəri hissəni dinlədikdən sonra, yeni bir naxış növünü “sünbül hörük” naxışını vurmağı öyrəndilər və 3 təlim ərzində kiçik əl işlərini tamamladılar.
Sonda iştirakçılar, layihə rəhbərləri və Hədəf Yaradıcılıq Mərkəzinin rəhbəri ilə birgə xatirə şəkli çəkildi və toxuduqları əl işləri iştirakçılara xatirə olaraq təqdim edildi.