Dekabrın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Azərbaycan İslam həmrəyliyinin qarantıdır” mövzusunda tədbir keçirildi.
Tədbiri giriş sözü ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Mətləb Hüseynov açaraq qonaqları auditoriyaya təqdim etdi. Sonra söz layihə rəhbəri, Bilik Fondunun Beynəlxalq layihələr sektorunun müdiri Rauf Həsənova verildi. Natiq mövzunun aktuallığından bəhs edərək, ölkə rəhbərliyi tərəfindən gəncləri maraqlandıran məsələlərə verilən dəstəyə görə minnətdarlığını bildirdi.
Gənclər Fondunun məsul əməkdaşı Emil Yusifov, Dini Qurumlarla İş Dövlət Komitəsinin (DQİDK) Bakı şəhəri üzrə şöbəsinin məsul əməkdaşı Samir Yoldaşov və Binəqədi Rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini- dini qurumlarla işin təşkilatçısı Şəmsi Gülverdiyevin iştirakı ilə keçirilən tədbirdə layihə çərçivəsində hazırlanan video-çarx nümayiş olundu.
Daha sonra tədbir iştirakçılarına DQİDK-nin sifarişi ilə hazırlanan “Şəhadət” filmi nümayiş etdirildi.
Sonda Təhsil Mərkəzinin kollektivinə “Azərbaycan İslam həmrəyliyinin qarantıdır” mövzusundan bəhs edən bukletlər paylanıldı.