Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Kəlağayı” layihəsi uğurla icra olunmuşdur.
Yaşlı və qoca qadınlar kəlağayını çalma, yaxud dingə bağlayır, cavan qadınlar və qızlar isə örpək kimi istifadə edirdilər. Qadınlar yas mərasimində qara, toy mərasimində isə əlvan naxışlı kəlağayılar örtərdilər. Bu ənənə bu gün də davam edir.
Hazırda ölkəmizdə kəlağayı toxuculuğu işini davam etdirən sülalələr çoxdur. Şəki şəhərində Şamilovlar nəsli bu sənətin mahir ustası sayılır. Azərbaycanda milli dəyərlərimizi yaşadan zərif kəlağayı örtən qadınlarımız çoxdur. Onlar bu örtüklərdə daha cazibəli, daha füsunkar görünürlər.
Layihə rəhbəri Aydan Əbdülbağıyevanın verdiyi məlumata görə, 10-cu qrant müsabiqəsi çərçivəsində keçirilən və 4 gün davam edən seminarlarda kəlağayı istehsalında müxtəlif rəng cövhərlərindən istifadə olunması, müxtəlif bitki növlərindən-sumaq, zirinc, narınc, cır alma, zəfəran, qarağat və başqa bitkilərdən boyaqlar hazırlanması və bir sözlə görüşlərdə kəlağayı haqqında bilmədiklərimiz məsələlər əlaqədar nəzəri və praktik müzakirələr aparılmışdır.
Tədbirlər zamanı və tədbirlərdən sonra mövzu ilə bağlı Gənclər Fondunun maliyyə dəstəyi ilə hazırlanmış çap materialları gənclər arasında paylanılmışdır.