Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Bakı milyonçuları” layihəsi uğurla icra olunmuşdur.
Layihə rəhbəri Qurbanov Ağanın verdiyi məlumata görə, 10-cu qrant müsabiqəsi çərçivəsində keçirilən və 4 gün davam edən seminarlarda Bakı milyonçuları və onların xeyriyyəçilik işləri və Azərbaycanın mədəni irsinin qorunması haqda müzakirələr aparılmışdır.
Tədbirlər zamanı və tədbirlərdən sonra mövzu ilə bağlı Gənclər Fondunun maliyyə dəstəyi ilə hazırlanmış çap materialları gənclər arasında paylanılmışdır.