“Erkən nikahların qarşısını birgə alaq” layihəsi “Azərbaycan Uşaqları” İctimai Birliyi tərəfindən bu ilin sentyabr ayından etibarən 3 ay müddəti ərzində icra edilməyə başlayıb. Qeyd etmək lazımdır ki, məişət zorakılığı və erkən evliliyə məruz qalmış insanlarla bağlı psixo-sosial və hüquqi xidmətlərin təşkili və bu xidmətlərin davamlı təmini üçün mütəxəssislərin bilik və bacarıqlarının artırılması məqsədli bu layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilir.
Hazırda müəyyənləşən müxtəlif qrupları (QHT üzvlər, universitetlərin yuxarı kurs tələbələri, könüllülər və s.) əhatə edən sosial işçilər, psixoloqlar, tibb işçiləri, hüquqşünaslar, ictimai fəallar təlimlərə cəlb edilmələri məqsədi ilə qruplara bölünmüş və onlara təlimlər keçirilir. Təlimlər komandaya daxil olan mütəxəssislər tərəfindən həyata keçirilir. Əsas təlim mövzularına xidmətlərin göstərilməsi qaydaları, reabilitasiya üçün zəruri şərtlər, sosial işin təşkili, psixoloji reabilitasiya metodları, hüquqi yardım üsulları və s. əlaqədar mövzular daxil edilib. Təlimlər Binəqədi Gənclər Evinin təlim zalında baş tutur.
Layihənin vəzifələri arasında hədəf qrupuna daxil olan şəxslər arasında erkən nikahların fəsadları barədə geniş məlumatların yayılması, erkən nikahların qarşısının alınması sahəsində maarifləndirmə, icmalarda erkən nikahların qarşısının alınması sahəsində təbliğat kampaniyasının aparılması, mövzuya aid səyyar xidmətlərin göstərilməsidən ibarətdir.
Bakı və Bakıətrafı ərazilərdə icrası planlaşdırılan layihənin gözlənilən nəticələri kimi sözügedən benefisiarlara xidmət göstərən şəxslərin bilik və bacarıqlarının artırılması, erkən evliliyə məruz qalmış şəxslərin ünsiyyət ehtiyaclarının ödənilməsi və onların özlərini aktuallaşdırmaq üçün imkan və şəraitin yaradılması və onların kənar təsiri özündə əks etdirən qruplara daxil olmaqdan imtina etməsi, hüquqpozmaların önlənməsi və zorakılıqdan uzaqlaşmaya nail olmağı qeyd etmək mümkündür.