Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə “Gənclər Azad Sahibkarlıq Fəaliyyətində” İB “Gənclər arasında sahibkarlıq fəaliyyətinin artırılması məqsədilə Milli Case yarışının keçirilməsi” layihəsinə 20 sentyabr 2017-ci il tarixində start vermişdir.
Layihənin əsas məqsədi tələbə-Universitetlərdə tələbə-komandalar yaradılaraq kənd təsərrüfatında meyvə-tərəvəzçilik sahəsində yerli və beynəlxalq təcrübədən istifadə edərək yeni metodologiyalarının hazırlanması və təqdim edilməsidir.
Layihə çərçivəsində 29 komanda yaradıldılaraq 28 oktyabr 2017-ci il tarixində “Royal Hotel”də onlarla görüş keçirilmişdir. Görüş zamanı komandalara təklif olunan mövzular haqqında geniş məlumat verildi. Onlara izah olunaraq tapşırıldı ki, kənd təsərrüfatında meyvə-tərəvəzçilik sahəsində yerli və beynəlxalq təcrübədən istifadə edərək sahibkarların, istehsalçıların istəklərini təmin edən biznes planları və yeni metodologiyalar hazırlansınlar. Yarışların keçirilməsi nəticəsində 29 komandadan 16-sı yarım finala, daha sonra 9 komanda finala keçdi.
02 dekabr 2017-ci il tarixində saat 11:00-da “Royal Hotel”də keçirilən yarışın final mərhələsində 9 komanda öz layihələrini təqdim etdilər. Komandalar tərəfindən arıçılıq, narçılıq, fındıqçılıq, zəfəran, vertikal fermalar sahəsində biznes planları və metodologiyalar təqdim olundu. 9 iştirakçı komandadan 3-ü I, II, III yerləri bölüşdürdülər. Hər üç komanda Azərbaycan Dövlət İqtisad Universitetinin komandalarıdır. Qalib layihələr: I yer – “Bal kimi”, II yer – “Arıçılıq”, III yer – “Zəfəran” oldular. Qaliblər Azərbaycanda fəaliyyət göstərən şirkət nümayəndələri, sahibkarlar və istehsalşılardan ibarət münsiflər heyəti tərəfindən müəyyənləşdirildi. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Sahibkarlar Konfederasiyasının, Azərbaycan Arışılar Asossiasiyasının, Azərbaycan Nar İstehsalçıları və İstehlakçıları Asossiasiyasının, Bakı Tikiş Fabrikinin, “Binə Aqro” MMC-nin, “Sweet Gold” Şirkətinin, “Sinerji Pro” Şirkətinin nümayəndələri və “Enactus Azərbaycan”ın məzunları iştirak etmişdilər.
Qalib gələn komandalara hədiyyə paketləri təqdim olundu.